İranda koronavirusdan ölənlərin sayı 131 527 nəfərə çatıb

29 Dekabr 2021 18:06

İranda ötən sutka ərzində 53 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 527 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 905 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 190 762 nəfərə çatıb.

Milli.Az