Qış imtahan sessiyası başlayır - Bəs koronavirusa yoluxan tələbələr necə imtahan verəcəklər? - VİDEO

29 Dekabr 2021 15:24

Həm bakalavr, həm də magistrlar üçün semestr imtahanları başlayır. Bəzi tələbələr isə koronavirusa yoluxduğundan imtahanlarda iştirak edə bilməyəcəklər.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Xəzər Xəbər"ə bildirib ki, narahatlığa heç bir əsas yoxdur. Çünki həmin tələbələrə şərait yaradılacaq.

Cəsarət Valehov deyib ki, əgər tələbə üzrsüz səbəbdən imtahanda iştirak edə bilməzsə, buna görə də  başqa bir qayda mövcuddur. 

Qeyd edək ki, yanvarın əvvəllərindən ali və orta ixtisas təhsili müəssisələrində semestr imtahanlarına başlanır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az