Məşhur aktrisadan Alim Qasımovla bağlı paylaşım

29 Dekabr 2021 13:24

"Ada masalı" və "Akrep" serialları ilə tanınan türkiyəli aktrisa Beril Pozam Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, sənətçi "Spotify" hesabından xanəndənin "Xatirədir" adlı mahnısını izləyiciləri ilə bölüşüb.

O, "Bu yaşıl yarpaqların solanı xatirədir", "Sevginin ömrü bir an, qalanı xatirədir" sözlərinə diqqət çəkib.

Milli.Az