Moskva toylarına gedən müğənnilərə söz atdı: "Masa-masa dilənirlər!" - VİDEO

29 Dekabr 2021 15:48

Müğənni Elxan Qaraxanoğlu qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, aparıcı Günay Firudunqızının "Qonağım ol" layihəsinə qonaq olan sənətçi Moskva toylarına gedən həmkarlarından danışıb. 

Elxan həmin sənətçilərin masa-masa gəzib pul diləndiklərini deyib:

"Gərək dəyərlərini bilsinlər. Ora gedib min oyundan çıxırlar. Biz xalqımız üçün ikonayıq. Bunlar özlərini elə gülünc vəziyyətə qoyublar ki...

Yaşınızdan-başınızdan utanın. Masa-masa dilənirlər".

Milli.Az