İsrailin Azərbaycandakı səfirliyi Ağdam, Tərtər və Bərdədə yaşayan uşaqları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Milli.Az bildirir ki, uşaqlara müxtəlif bayram hədiyyələri verilib.
Səfirliyin açıqlamasında deyilir: "Bu uşaqlar keçən il müharibə boyu çətin günlər keçiriblər. Biz Səfirlikdə, tərəfdaşlarımız Lu-Mun ilə birlikdə onlara layiq olduqları həyata - sülh, ləyaqət və sevinc dolu həyat sürmələrinə kömək etmək istəyirik!"
Milli.Az