İranda qatar relsdən çıxıb, 14 vaqon aşıb

29 Dekabr 2021 11:00

İranda qatar relsdən çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Tehrandan - Mazandaran istiqamətinə hərəkət edən yük qatarı relsdən çıxıb. Hadisə nəticəsində 14 vaqon aşıb.

Hazırda yolun açılması istiqamətində işlər görülür.

Hadisə ilə əlaqədar bu gün həmin istiqamətdə sərnişin qatarların hərəkəti dayandırlıb.

Milli.Az