Özcan məhkəmədən sonra sevgilisinin yanına gedib - FOTOlar

29 Dekabr 2021 11:54

Müğənni-aktyor Özcan Dənizin oğlunun qəyyumluğu ilə bağlı qalmaqallı məhkəmə işi yekunlaşdıqdan sonra haraya getdiyi ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor məkanların birində özündən 23 yaş kiçik iranlı sevgilisi Samar Dadgarla görüntülənib. Cütlük restorana əl-ələ tutaraq daxil olub.

Qeyd edək ki, Özcan keçmiş həyat yoldaşı Feyza Aktanla 2018-ci ildə ailə qurub, bir il sonra isə boşanıb. Onların bu evlilkdən Kuzey adlı bir övladları var.

Milli.Az