Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

28 Dekabr 2021 17:06

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 887 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Milli.Az