"Allah uzaq etsin aktyor olum" - VİDEO

28 Dekabr 2021 14:18

Aktyor Elməddin Cəfərov kiçik oğlu Rihatla "Ana kimi" proqramına qonaq olub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, veriliş zamanı Rihat aparıcı Oksanan Rəsulovanın suallarını cavablandırıb. O, "Sən də atan kimi aktyor olmaq istəyərsən?" sualına belə cavab verib:

"Xeyr, mənim şəxsən aktyor olmaq planım yoxdur. Allah uzaq etsin, işlərim alınmasa, yolunda getməsə, atamın yanına gələ bilərəm".

Bu zaman Elməddin övladının cavabını belə şərh edib: "Deyir ki, hə, Allah uzaq etsin, aktyor da ola bilərəm!"

Qeyd edək ki, aktyorun iki övladı var. Onun böyük oğlu Nihat bir müddət əvvəl xarici universitetlərdən birinə qəbul olub.

Milli.Az