Kənan koronavirusa yoluxdu, çəkilişlər dayandı

28 Dekabr 2021 11:30

Türkiyəli aktyor Kənan İmirzalıoğlu koronavirusa yoluxub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu səbəbdən aktyorun aparıcılığını etdiyi "Kim milyonçu olmaq istəyir" verilişinin çəkilişləri təxirə salınıb.

Qeyd edək ki, aktyorun həyat yoldaşı aktrisa Sinem Kobalın isə yoluxması ilə bağlı məlumat verilməyib.

Milli.Az