Xırdalanda 60 yaşlı qadın dəm qazından zəhərlənib

28 Dekabr 2021 08:14

Abşeron rayonunda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhəri, "Quşçuluq" massivində qeydə alınıb.

1961-ci il təvəllüdlü Şəfiyeva Qəmzə yaşadığı mənzildə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az