Masazırda avtomobillə vurulan gənc qız ağır xəsarət alıb

28 Dekabr 2021 08:04

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Nurəliyeva Əfsanə Sahib qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin küt travması, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az