Türkiyədə 42 nəfərdə “Omicron” aşkarlanıb

28 Dekabr 2021 08:58

Türkiyədə 42 nəfərdə "Omicron" ştamına yoluxma aşkarlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 3 min 344 nümunədən 42-də "Omicron" təsbit olunub.

Onlardan 30-u İstanbulda, altısı İzmirdə, biri Şırnakda, biri Diyarbəkirdə, ikisi Kütahyada, ikisi İspartada müəyyənləşdirilib.

Milli.Az