Jirinovskidən qalmaqallı açıqlama - “Ukraynanı bombalayaq”

28 Dekabr 2021 08:38

Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Ukraynanı bombalamağa, Qərbi isə qorxutmağa çağırıb.

Jirinovski bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Ukraynanı bombardman etmək lazımdır.

O, bu barədə Birinci Kanalın efirində danışıb.

Partiya lideri əlavə edib ki, özü ölkə Prezidenti olsaydı, bunu edərdi.

Milli.Az