Fransanın Nazirlər Şurasının fövqəladə iclası başa çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Baş nazir Jan Kasteksin rəhbərliyi ilə keçirilən iclasda sərt karantin tətbiq etməmək qərara alınıb.
Bununla belə, Yeni il gecəsi üçün müəyyən məhdudiyyətlər tətbiq edilib. 31 dekabr - 1 yanvar tarixlərində hərəkət sərbəst olsa da, küçələrdə spirtli içki və qida satışı qadağan edilib. Dərslər isə yanvarın 3-dən bərpa olunacaq.
Bundan əlavə, müəssisələrdən insanların əsassız şəkildə cəmləşməsi qadağan edilir. Yaxın 3-4 həftə ərzində həftədə 3 gün məsafədən iş rejimi tətbiq olunacaq.
Milli.Az