Britaniyada son sutkada koronavirusdan 143 nəfər həyatını itirib

27 Dekabr 2021 22:40

Böyük Britaniyada son sutka ərzində 98 515 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 12 209 991 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 143 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 148 003 nəfərdir.

Milli.Az