Bayden ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsini təsdiq edib

27 Dekabr 2021 21:21

ABŞ prezidenti Cozef Bayden 2022-ci maliyyə ili üçün (oktyabrın 1-i başlayıb) təxminən 770 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin açıqlamasında deyilir.

Bildirilir ki, C.Bayden Müdafiə Nazirliyinin proqramları, hərbi tikinti, Energetika Nazirliyinin daxili təhlükəsizlik proqramları və kəşfiyyat proqramlarını əhatə edən 2022-ci maliyyə ili üçün müdafiə büdcəsini imzalayıb.

Milli.Az