Jirinovski aktrisaya koronadan ölüm arzuladı

27 Dekabr 2021 20:42

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski rus aktrisası Mariya Şukşinanı koronavirus vaksinləri ilə bağlı mövqeyinə görə sərt şəkildə tənqid edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

"Mariya, sən kobud səhv edirsən. Əgər peyvənd vurdurmaq istəmirsənsə, vurdurma. Evdə otur, yolux və yavaş-yavaş öl", - deyə o bildirib.

Qeyd edək ki, tanınmış aktrisa M.Şukşina peyvənd əleiyhinə çağırış edib.

Milli.Az