Mühasirədən çıxan jurnalistlər qayıtdılar
3 Mart 2012 18:55
Suriyadakı Homs şəhərində 9 gündür mühasirədə qalan fransız jurnalistlər ölkələrinə qayıdıblar.
Milli.Az TRT-yə istinadən bildirir ki, jurnalistlər 9 günlük mühasirədən sonra Livana qaçırılıb, oradan da Parisə aparılıblar. Jurnalistləri Paris hava limanında prezident Nikola Sarkozi qarşılayıb.
Sarkozi Suriya rəsmilərinin beynəlxalq məhkəmələrdə cavab vermək məcburiyyətində qalacaqlarını və cinayətkarların cəzasız qalmayacağını bildirib.
Edit Buviye və Uilyam Daniel keçən həftə Xumsun Babi Amr səmtində jurnalistləri hədəfə alan raket hücumuna məruz qalmışdılar. Buviye yaralanmış, Daniel isə yaralanmadan qurtulmuşdu.
Milli.Az