10 günə rekord qırdı, 1 milyard qazanıldı

27 Dekabr 2021 20:36

Qısa müddət əvvəl premyerası olan "Hörümçək adam" (Spider Man: No Way Home) 2021-ci ildə kassaları dolduran ən yaxşı film olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, ekran işi koronavirus pandemiyası başlayandan bəri qlobal arenada 1 milyard dollar gəlir əldə edən ilk layihə elan edilib.

Dekabrın 17-də nümayiş etdirilən kino 2019-cu ildə tamaşaçılarla görüşən "Star Wars: The Rise of Skywalker"dən sonra böyük uğur qazanma şansı əldə edib.

Eyni zamanda "Hörümçək adam" ABŞ-da ilk həftəsonu 253 milyon dollar gəlir götürərək üçüncü ən yaxşı açılışı edən film olub.

Milli.Az