“Məqsədim böyük pullar qazanmaq deyildi”

28 Dekabr 2021 05:33

Aktyor Fərda Xudaverdiyev Rusiyadakı "Stand-up"ı ilə bağlı təəssüratlarını bölüşüb.

Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi tədbirin biletlərinin satılmaması ilə bağlı iddiaları cavablandırmaq istəməyib:

"Konsert çox gözəl keçdi. Moskvada həmvətənlərimizlə konsert zalında, eyni zamanda ölkəmizin "stand-up"çısı olaraq görüşmək Möhtəşəm hiss idi.

Mənim üçün başlıca məqsəd böyük pullar qazanmaq yox, qürbətdə yaşayan həmyerlilərimizin üzünü güldürmək idi".

Fərda onu da qeyd edib ki, 2022-ci ildə Bakıda və bölgələrdə də çıxışları olacaq.

Milli.Az