"Legiya" "Qarabağ"ın daha bir futbolçusunu istəyir

27 Dekabr 2021 12:22

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade ilə maraqlanır. 

Milli.Az Polşa mətbuatına istinadən xəbər verir ki, Varşava təmsilçisi kabo-verdeli futbolçunu qış transfer pəncərəsi dövründə transfer etmək istəyir. Xəbərdə Ağdam təmsilçisinin 28 yaşlı oyunçu üçün yaxşı təklif gözlədiyi vurğulanıb.

Qeyd edək ki, Andrade 2020-ci ilin yayından "Qarabağ"da oynayır.
Xatırladaq ki, M.Emreli də bu ilin yayı məhz Ağdam təmsilçisindən ayrılaraq "Legiya"ya transfer olunub.

Milli.Az