Dilanın qayınatasıyla FOTOsu gündəm oldu

27 Dekabr 2021 09:10

Türkiyəli aktrisa Dilan Çiçək Dəniz sevgilisi Thor Saevarssonun ailəsi ilə tanış olmaq üçün İslandiyaya yollanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa ailə fotolarıyla gündəm olub. O, Thorun atasıyla şəklini paylaşaraq "Xanımlar və bəylər, qayınatam" sözlərini yazıb.

O, eyni zamanda nişanlısının və baldızının da görüntülərini izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Çiçek bir müddət öncə evlilik təklifi alıb.

Milli.Az