Mustafa evlənəcəyini təsdiqlədi

27 Dekabr 2021 10:46

Qazaxıstanın tanınmış sənətçilərindən İndira Elemes ilə duet ifa edən Mustafa Sandal ötən gün "Yok Say" mahnısını təqdim edib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, Elemes ilə mətbuat mənsublarının qarşısına çıxan Sandal sevgilisi Melis Sütşurupla evlənəcəyini də təsdiqləyib.

Sandal hələ toy üçün vaxt təyin etmədiklərini, lakin hazırlıqlara başladıqlarını bildirib.

Milli.Az