Şaxta babaların beynəlxalq qaçış marafonu keçirilib - VİDEO

27 Dekabr 2021 15:16

Sankt-Peterburqun mərkəzində on altı dərəcə şaxtada Şaxta babaların qaçış marafonu keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəhər sakinləri və qonaqlarının iştirak etdiyi sayca beşinci dəfə keçirilən beynəlxalq yarışda iki distansiya müəyyən edilib.

Uşaqları, ailəsi və dostları ilə marşrut üzrə gəzişmək istəyənlər üçün 2.5 km, peşəkarlar və qaçış həvəskarları üçün isə 5 km.

Milli.Az