“Mançester Yunayted” Mxitaryanın əvəzinə azərbaycanlını işarələdi - FOTO

26 Dekabr 2021 23:34

İngiltərənin "Mançester Yunayted"" klubu İnstaqramdakı paylaşımında erməni futbolçu Henrik Mixitaryanın yerinə azərbaycanlıya aid profili işarələyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qısa müddətdən sonra texniki səhv aradan qaldırılıb.

Belə ki, "Mançester Yunayted" - "Arsenal" matçından görüntü paylaşan klubun sosial şəbəkə idarəçisi erməni futbolçu ilə bağlı paylaşıma "micki_taryan" əvəzinə, azərbaycanlı istifadəçiyə məxsus olan "micki_tarayan" profilini işarələyib.

Qeyd edək ki, H.Mxitaryan hazırda İtaliyanın "Roma" klubunun üzvüdür, o, bundan əvvəl "Arsenal"ın futbolçusu olub.

Milli.Az