Bu gün yerli vaxtla 18:15-də Aralıq dənizi sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkanlar Muğlanın Datça rayonunda hiss edilib.
Qeyd edək ki, bu gün Egey dənizində, Türkiyənin Aydın şəhərinin Didim rayonunun 263 kilometrliyində də 3,9 bal gücündə zəlzələ baş verib.
Hər iki təkanın episentri Yunanıstana daha yaxın məsafədə qeydə alınıb.
Milli.Az