Malayziyada daşqınlar nəticəsində ölənlərin sayı 47-yə çatıb

26 Dekabr 2021 19:54

Malayziyada baş verən güclü daşqınlarda ölənlərin sayı 47 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsi daha 5 nəfərin itkin düşdüyünü bildirib.

Ölkədəki daşqınlar səbəbindən köçürülənlərin sayı 32 934 nəfərə çatıb.

Daşqından ən çox zərəri Pahang əyaləti görüb. Burada 17 000-dən çox insan daşqından xilasetmə mərkəzlərinə təxliyə edilib, ikinci yerdə 15 mindən çox insanın təxliyə olunduğu Selangor əyaləti gəlir.

Milli.Az