Ukrayna Rusiyaya hücum edərsə, Rusiya bir neçə istiqamətdən, o cümlədən Krım istiqamətindən zərbələr endirə bilər.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı deputat Mixail Delyagin deyib.
"Rusiyaya real hücum təhlükəsi var, onları buna hazırlayırlar. Ukraynada insanları itaətdə saxlamaq kifayət qədər çətindir. Yeganə variant müharibədir", - Delyagin bildirib.
Delyagin təklif edib ki, hücuma Krımla yanaşı, Rostov, Belqorod və ya Bryanskdan başlamaq olar.
Milli.Az