Husilər bu şəhəri raketlə vurdu: 3 ölü, 8 yaralı

26 Dekabr 2021 18:07

Yəməndə husi qruplaşması ölkənin şərqindəki Marib şəhərinə ballistik raketlə zərbələr endirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə SABA agentliyi məlumat yayıb.

Hücum nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Husilər hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Milli.Az