"Mançester Yunayted" gənc hücumçusu ilə yeni müqavilə imzaladı

26 Dekabr 2021 15:07

"Mançester Yunayted" gənc hücumçusu Antoni Elanqa ilə yeni müqavilə imzalayıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 19 yaşlı oyunçu ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki,  Elanqa 12 yaşında "United Academy"yə qoşulub və bu günə kimi əsas komandada 5 oyun keçirib.

Milli.Az