İranda yanğın, 2 ölü, 20 yaralı

26 Dekabr 2021 10:16

İranın qərbindəki Kirmanşah şəhərində 9 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu barədə dövlət televiziyası məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Yanğının səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.

Milli.Az