Əlillik təyinatı ilə bağlı YENİ QAYDALAR belə olacaq - VİDEO

26 Dekabr 2021 09:16

Əlliyin qiymətləndirilməsi ilə bağlı göndərişlərin verilməsi qaydası dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Yeni meyarları nəzərinizə çatdırırıq. 

Əlillik yeni meyarlar ilə müəyyən olunacaq. Bu məqsədlə 100-ə yaxın qanunvericilik aktına dəyişiklik olunub.
Baş nazir Əli Əsədovun verdiyi qərara əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyir ki, insanın 7 əsas həyat fəaliyyəti kateqoriyası var ki, əlillik də məhz bunlara görə təyin edilir.

Ülvi Hüseynovun sözlərinə görə, yeni meyarlar  tibbi modeldən sosial modelə keçidlə bağlı hazırlanıb. 

Milli.Az