Bakıda 14 yaşlı yeniyetmə dəm qazından zəhərlənib

25 Dekabr 2021 22:29

Bakıda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Y.V.Çəmənzəmənli küçəsində yaşayan 2007-ci il təvəllüdlü Nuri Aynur Telman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az