Azərbaycan diasporunun keçmiş rəhbəri Rusiyadan deportasiya ediləcək

25 Dekabr 2021 21:12

Rusiyanın Moskva vilayətindəki Azərbaycan diasporunun sabiq rəhbəri Qalib Ağayev deportasiya olunacaq.

Milli.Az bildirir ki, Moskva vilayətinin Ximki rayon məhkəməsi Qalib Şəmsəddin oğlu Ağayevi RF İnzibati Xətalar Məcəlləsinin 19.8 maddəsinin 3.1 hissəsində nəzərdə tutulmuş inzibati qanun pozuntusunda suçlayıb.

Məhkəmənin qərarına görə, fırıldaqçılıqda suçlanan Q.Ağayev 5 min rubl məbləğində cərimə ödəyəndən sonra Rusiya Federasiyası ərazisindən deportasiya olunmalıdır.

Milli.Az