Palmadakı vulkan püskürməsi 3 ay sonra başa çatdı

25 Dekabr 2021 18:30

Palma adasındakı vulkanın püskürməsi üç ay sonra başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kanar adalarının ədliyyə və təhlükəsizlik departamentinin rəhbəri Xulio Peres bildirib.

Mütəxəssislər İspaniyanın Palma adasında (Kanar adalarının muxtar icması) sentyabrın 19-da başlayan vulkan püskürməsinin dayandırıldığını rəsmən elan ediblər.

Hazırkı püskürmə adanın tarixində ən uzun püskürmə olub. Bundan əvvəlki rekord 1585-ci ildə (84 gün) qeydə alınıb.

Milli.Az