"Evdə tək"in aktyorunun cinayətinin təfərrüatı

25 Dekabr 2021 17:36

Məşhur "Evdə tək" filminin aktyoru həbs edilib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, filmdə  "Bazz Makkalister" obrazını canlandıran aktyor Devin Retrey polis tərəfindən saxlanılıb.

Buna səbəb isə aktyorun sevgilisinə otel otağında şiddət göstərməsi olub. İddiaya görə, Devin onu çarpayıya itələdikdən sonra yumruqlayıb və boğmağa çalışarkən "Sən belə öləcəksən" deyib.

Sevgilisinin şikayətindən sonra aktyor həbs edilsə də, o, ittihamları qəbul etməyib. 

Milli.Az