Günay son 1 ildə yaşadıqlarını bölüşdü

25 Dekabr 2021 17:24

Müğənni Günay İbrahimli son bir ildə yaşadıqlarını bölüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi paylaşımında bunu qeyd edib:

"İlin bitməsinə sayılı günlər qaldı. Düşündüm bu 12 ayda nələr yaşadım? Mənim üçün duası olanlara, uğurlarıma sevinənlərə, hər addımımda dəstəyini əsirgəməyənlərə, yaxşı olmağımı ürəkdən istəyənlərə və varlığım üçün minnətdar olanlara rastladım. Axı, bir ifaçı üçün bundan gözəl nə ola bilər ki? Sonsuz sevgilərimi ötürmək istəyirəm hər birinizə".

Milli.Az