Özcan Dənizin məhkəmə işində qərar açıqlandı

25 Dekabr 2021 10:10

Türkiyənin populyar ifaçısı və aktyoru Özcan Dənizlə keçmiş həyat yoldaşı Feyza Aktan arasında davam edən qəyyumluq işi üzrə məhkəmənin yekun qərarı açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hakim uşağın anasının himayəsində qalmasına, Özcan Dənizin isə ziyarət günlərinin artırılmasına qərar verib.

Qeyd edək ki, Özcan Dəniz Feyza Aktan ilə 8 mart 2018-ci ildə ailə qurub. Bir oğlan uşağı olan cütlük anlaşa bilmədikləri üçün boşanmaq qərarına gəliblər.

Evliliklərini bitirən valideynlər övladlarının qəyyumluğu üçün məhkəməyə müraciət ediblər.

Milli.Az