"Xalqla bərabər olmaq, bazara getmək istəyirəm"

25 Dekabr 2021 18:24

Türkiyəli müğənni Ajda Pekkan açıqlaması ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Bodrumda mükafatlandırma mərasimində iştirak edən sənətçi Bodrumu çox sevdiyini və insanlarla daha çox vaxt keçirmək istədiyini bildirib:

"İndiyədək səhnədə yaşamağı özümə prinsip qoymuşdum. Artıq xalqımla vaxt keçirmək istəyirəm. Balıq tutmaq, bazara getmək, xalqla bərabər olmaq, onlarla söhbət etmək arzusundayam".

Milli.Az