Mourinyo Nigeriya millisinin baş məşqçisi ola bilər

25 Dekabr 2021 09:16

İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo Nigeriya millisinin sükanı arxasına keçə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının prezidenti Amadju Pinnik açıqlama verib.

Funksioner 58 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını söyləyib: "Aramızda dialoq olub. İdman naziri də Mourinyo ilə danışıb. Bunda qəbahət yoxdur".

Qeyd edək ki, Joze Mourinyo "Roma"ya mayın 4-dən rəhbərlik edir. Onun "canavarlar"la müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub. Komanda cari mövsüm 27 oyunda 16 qələbə, 8 məğlubiyyət və 3 heç-heçə əldə edib.

Milli.Az