Nikol Kidmandan yaşına meydan oxuyan - FOTOlar

25 Dekabr 2021 09:28

Avstraliyalı aktrisa, müğənni və "Oskar" mükafatı laureatı Nikol Kidman "DuJour" jurnalı üçün fotosessiyada iştirak edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə 54 yaşlı ulduz rəsmi "Instagram" səhifəsində məlumat verib.

"ABŞ-da qış, Avstraliyada isə yay - mən rəsmi olaraq iki yarımkürənin qızıyam. Qış buraxılışına məni dəvət etdikləri üçün "DuJour Media"ya təşəkkür edirəm", - deyə aktrisa paylaşımı şərh edib.

Görüntülər Hollivud ulduzunun pərəstişkarlarını heyran qoyub. Paylaşım qısa müddət ərzində 100 minlərlə bəyənilib.

Milli.Az