Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb. 1981-ci il təvəllüdlü Hüseynova Nuranə Şirzad qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az