Bakıda avtomobil 27 yaşlı qadını vurub

25 Dekabr 2021 08:24

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Sadıqova Sevda Rafiq qızı "Ukrayna dairəsi"ndə yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az