Meksikada sərnişin avtobusu aşıb, 3 nəfər ölüb, 8 nəfər yaralanıb

24 Dekabr 2021 23:25

Meksikanın Oaxaka ştatının Noçistlan bələdiyyəsinin ərazisindən keçən magistral yolda sərnişin avtobusu aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ölənlərin Sakatekas ştatından olan bir ailənin üzvləri olduğu bildirilib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Milli.Az