Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Hadrutda hərbi hissənin ərazisində ağac əkiblər - FOTO

24 Dekabr 2021 21:29

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev hərbi hissənin ərazisində ağac əkdilər.

Milli.Az