Bu ölkədən 21 milyon pul çıxarmaq istəyən azərbaycanlı saxlanıldı

24 Dekabr 2021 20:24

Azərbaycan vətəndaşı Gürcüstandan 21 milyon 680 min rubl pul (təxminən 504 min manat) çıxarmaq istəyərkən saxlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin Vergi Xidmətindən bildirilib. Qeyd olunur ki, Azərbaycan vətəndaşı yük maşınında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində saxlanılıb.

Gürcüstan qanunlarına görə, pullar müsadirə olunub.

Milli.Az