Yunanıstan Yeni il şənliklərini ləğv etdi

24 Dekabr 2021 16:00

Epidemiya səbəbiylə Covid-19 hadisələrinin və ölümlərinin sayının sürətlə artdığı Yunanıstanda hökumət ciddi karantin qaydaları qoydu. Milli.Az aviatravel.az-a istinadən bildirir ki, açıqlamaya görə, konsertlər və tədbirlər zamanı açıq havada və ya ictimai yerlərdə maska ​​taxmaq məcburi oldu. Yeni il üçün planlaşdırılanlar şənliklər ləğv edildi.

Hökumətin qəbul etdiyi qərarların yanvar ayına qədər qüvvədə olduğunu bildirən Yunanıstanın Səhiyyə Naziri Thanos Plevris maska ​​taxmaq məcburiyyətinin zəruri olduğunu vurğulayaraq, əhalinin yüzdə 80-nin tezliklə vaksinasiyanı tamamlanacağını bildirib. 

Noyabr və dekabr aylarında epidemiyadan ölüm hallarında böyük artımın olduğu Yunanıstanda hazırda əhalinin dörddə biri tam peyvənd olunub.

Milli.Az