Dünya şöhrətli gənc ifaçı Dua Lipa model sevgilisi Ənvər Hadiddən ayrılıb.
Milli.Az Olay-a istinadən xəbər verir ki, uzun müddətdir Hadid ailəsinin sonbeşiyi ilə sevgi münasibəti yaşayan müğənni onunla bir neçə gün öncə yollarını ayırıb.
Qeyd edək ki, Lipa Bella və Cici Hadidin qardaşı ilə eşq münasibətinə 2019-cu ildə başlamışdı. Son aylar onların münasibətinin soyuqlaşdığı bildirilmişdi.
Milli.Az