Ermənistanda koronavirusdan ölənlərin sayı 7 939-a çatıb

24 Dekabr 2021 17:42

Ermənistanda son sutkada daha 135 nəfərdə COVID-19 aşkarlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 261-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 7 939-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 496 nəfərdir. İndiyədək 329 983 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 843 aktiv koronavirus xəstəsi var.

Milli.Az